Keçən yay Bakıda olanda yerli çay almaq həvəsi ilə Yaşıl bazara getdim. Qizmar günəş şüaları altında saxlanmasına baxmayaraq (İngilis demişkən “a no-no”) qiyməti ucuz görüb yarım kilo yaşıl çay aldım. Kilosu 30 manata bu, ABS-da orta keyfiyyətli çaydan xeyli ucuz idi. Evdə çayı dəmləyəndə anladım ki, onu tezliklə qohum əqraba ilə bölüşməliyəm.
Çayın bütün növləri yaşıl, sarı, qara, ağ, ulong, pureh eyni bitkidən camellia sinesis-dən hazirlanir. Çayların dadının, ətirinın muxtəliyi isə onların yetişdirildiyi yerdən, iqlimdən, becərmə və emal qaydasından asılıdır. Bu gün çay dünyanın 41 ölkəsində yetışdilirilir. Əsrlər boyunca çayçılıq sənətini püxtələşdirmiş Çin, Yaponiya, Hindistan, Şri Lanka və. Tayvanın çay ustaları dünyanın ən valehedici, yüksək keyfiyyətli çaylarını yaradır. Qonşumuz Türkiyə çayçıları uzun illərdir çalishırlar ki turk çaylarını keyiyyətinə görə birinci onluğa salsınlar amma görünür ki, hələ bir nəticə yoxdur.
Çayın sağlamlığa müsbət təsiri onun tərkibindəki antioksidant olan flavonidlerin- katexinlerin yüksək tərkibi ilə izah olunur. Tədqiqatlar yaşıl çayın bir sira xərçəng ve ürək xəstəliklərinin riskinin azaldimasina kömək etdiyini göstərir.
Əslində içdiyimiz hər fincan çay onu bəsləyən torpaqdan, havadan onu ərsəyə gətirən çayçıların çox həsas ustalığından bir hekayə danişır. Əllə istehsal olunmuş çayın əsas gözəlliyi ondadır ki, eyni yerdə bu gün istehsal edilən çay dünənkini təkrar etmir.
Bəs yaxşı çayı necə tanımalı? Çayın qutusunun üstünə reklam məqsədi ilə istehsalçılarım yazdıqları “yüksək keyfiyyətli”, “premium” və s sözlərinə ehtiyatla yanaşın. Dünyanln ən məhşur çayçıları çayı 3 xassəsinə görə qiymətləndirirlər
Quru çayın rəngi və formasi
Maye çayın ətrıi və dadı
Yaş çay yarpağının forması, rəngi və ətri
Hər çayın bu 3 kateqoriya üzrə özünəməxsus xassələri var. Çay alanda onun adına, istehsalçı ölkəsinə, çayı hardan aldığınıza fikir verin. Quru çay yarpaqları bütöv, eyni rəngdə, eyni ölçüdə, şux görkəmli olmalıdlr.
Əgər quru çayın yarpaqları qırıq qırıqdırsa və ya içərisində çay tozu varsa o çaydan vaz keçin. Belə çayı adətən paket çayları doldurmaq üçün istifadə edirlər.
Sözsüs ki, bizi çaya cəlb edən ilkin səbəb onun ətri, bu ətrin mürəkkəbliyi, dərinliyi, zərif ədviyyat, çıçək, və ya meyvə iyli notlarıdır. Həm maye çayın və həm də nəm çay yarpağının rəngi və ətri xoş və özünəməxsus olmalıdır.
Yaxşı çay dunyanın hər yerində ucuz deyil çünki yüksək keyfiyyətli çaylar dünyada istehsal olunan çayın cüzi bir hissəsini təşkil edir. Çayı etibar etdiyiniz yerdən alın. Peşəkar çayçı sizə çayin keyfiyyəti haqda dəqiq məlumat verəcək. Keçən yaz Zaqatalada olandqa yerli qocaman çay ustasi mənə çay pay verəndə dedi ki, " Üçüncü sortdur. Birinci, ikinci sortumuz qurtarıb." Çox xoş oldu bu səmimi etiraf.
Çayın dadına əvvəlcə şirniyyatsız filansız baxın. Çayı bütün hisslərinizlə duyun, dəm çaynikinə tökdüyünüz suyun səsinə, quru çayın görünüşünə, çayın rənginə, ətrinə diqqət verin. Bu cür çay mərasimindən bir ayri ləzzət alacaqsınız.
Recent Comments