Təqribən 2- 3 yaşı olan oğlumu hər dəfə evdə kül qabıdan, küçədə yerdən siqaret kötüyünü götürüb damagina qoyduğunu görəndə dəli olurdum. Özü də bu, mənim böyük oğlumla çox erkən başladığım tütün əleyhinə kompaniya fonunda baş verirdi. Görünürdi ki, danlamağın da bir faydası yoxdur.
Bir gün onu jurnal stolunun altında sıxılıb xəlvəti siqaret çəkdiyi yerdə yaxalayanda (çox gülməıli bir mənzərə idi) onu həmişəki kimi danlamadım, mehriban tərzdə soruşdum ki, “ Hajı, papirosu ona görə çəkirsən ki böyük görünəsən?” Başını bulayıb “Hə” mızıldadı. Evdə atası, dayısı, əmisi ümumiyyətlə böyük kişilərin əksərinin siqaret çəkməsi sözsüz öz rolunu oynamışdı. Dedim: “Gəl onda Behruza (böyük oğluma) siqaret verək qoy çəksin görək yekə kişi olurmu, böyüyürmü”. Siqareti yandırıb Behruza uzatdım: ” Götur çək bu papirosu.” O bir az təəcülənmiş halda bir az da könülsüz siqareti damağina qoydu .” Bax indi Bəhruz papiros çəkməklə böyüdü, kişi oldu?” Ondan sonra Hacının siqaret çəkən gördüyüm yadıma gəlmir. Özü də o vaxtları xatırlayanda deyir “ O Behruza papiros çəkdirməyin hər şeyi dəyişdi.”
Fakt odur ki, saqaret çəkənlərin əksəriyyəti (80-90%) siqareti uşaq vaxtından çəkməyə başlayır. Bunun bir sıra səbələri ola bilər yaşıdları arasında nüfuz qazanmaq üçün, valideynləri yamsılamaq üçün (valideyni siqaret çəkənlərin siqaret çəkmə ehtimalı o birilərə nisbətən 3 dəfə çoxdur) müstəqil görünmək üçün, yaşından böyük kimi hərəkət etmək üçün, dostların təzyiqi nəticəsində və s.
Dünya Səhiyyə Təşkilatının məlumatlna görə tütün çəkən yeniyetmələrin tütün çəkməyənlərə nisbətən 3 dəfə çox alkoqol içmək, 8 dəfə çox marixuanadan, 22 dəfə çox kokoindən istifadə etmək ehtimalı var.
Ona gorə uşaqlarla tütün əleynihə təbliğatı erkən yaşlarda başlamağın əksər hallarda müsbət nəticəsi olur. Amma bu təbliğat heç vaxt gec də deyil. Uşaqlara siqaretinin ziyanlndan müntəzəm, özü də ətraflı, yəni siqaretin sağlamlığa ziyanından tutmuş onun xoşagəlməz qoxusuna, cibə ziyanlna qədər bütün mənfi keyfiyyərlərindən danışın. Qohumda, qonşuda tütün çəkməkdən əziyyət çəkən varsa onu misal gətirməyi unutmayın.
Əsas mübarizə üsullarından biri də uşaqlara öz həmyaşıdlarının təzyiqinə qarşı “Yox” deməyi öyrətməkdir. Təcrübəmdən bilirəm ki uşağa, yeniyetməyə “Yox” demək bacarığını öyrətmək bir o qədər də asan məsələ deyil. Biz böyüklər özümüz də elə vaxtaşırı həmyaşıdlarımızın təzyiqlərinə məruz qalırıq, yox deməyə çox vaxt çətinlik çəkirik, elə deyilmi? Amma imkan daxilində uşaqla daha çox vaxt keçirəndə (çayxanlarda günlərini keçirən kişilər, sizi görəndə ürəyimdən keçir ki, sizə deyəm ki, sizə evdə çox, özü də lap çox ehtiyacı olan uşaqlarınız var) səbirlə bu mövzularda ünsiyyəti davam etdirəndə, uşağı qazandığı uğura görə ürəkləndirəndə, uğursuzluğunun səbəbini danlamadan! birgə araşdıranda həm uşağın özünə inamlı olacağına, həm də tütündən istifadə etməyəcəyinə ümid xeyli çoxalır.
Ardı var...
Recent Comments