Amerikanın ən məhşur həkimi Dr. Məhmət Öz evində televizorun qabağdakı divanı götürüb yerinə velosiped maşını qoyub ki, televizora baxanda oturmaq əvəzinə hərəkət etsin. Əslində, çoxumuz səhər yəməyə oturduğumuz stuldan başlayaraq gün ərzində ancaq oturacaq yerimizi dəyişirik; maşındakı ya ictimai nəqliyyatdakı oturacaq, komputerin arxasındakı kreslo, televizorun qabağındakı divan bir birini əvəz edir.
Bu günlər oturmağın sağlamlığa ziyanına heç kəs şübhə etmir. Tədqiqatlar göstərir k,ç hətta gün ərzində 1 saat dinamik idman edib 11 saat otursanız belə həm sağlamlığınıza ziyan vurursunuz həm də omrünüzu bir neçə il azaldırsınız. Televizorun qabağında keçirilən hər 1 saat ölmək riskini 11% artırır. Bir sözlə, oturmaq bizi yavaş-yavaş öldürür.
Hər şeydən əvvəl, oturmaq qanda şəkərin miqdarını artırır, artıq çəkiyə səbəb olur. Günün əksər hissəsini oturmaqla keçirənlərin ürək xəstəliklərindən ölmə ehtimalı 54% artıqdır.
Ona görə çalışın hər 20 dəqiqədən bir ayağa durub qısa müddət hərəkət edin, pilləkənı nə qədər bacarırsınız piyada çıxın. Növbəti dəfə sizə ictimai nəqliyyatda yer verəndə nəzakətlə “yox” deyin (asan məsələ deyil, öz təcrübəmdən bilirəm. Elə bilirlər üzə görənlik istəmirsən yeri). Maşınınızı bir az uzaqda saxlayın, iclasda ayaq üstə durun, ictimai nəqliyyatdan bir dayanacaq tez düşün, sadəcə gəzişmək də yetər. Məktub, messaj gondərməkdənsə iş yoldaşınızın, qonşunuzun yanına gedin. Xüsusən də evdəki yaşlı adamların fasiləsiz oturmasına imkan verməyin.
Uinston Çurçille və Ernest Hemingeyin ümumi cəhəti bilirsiniz nə idi? Onların hər ikisi işlərini və xüsusən də yazmaqlarını ayaq üstə ediblər.
“Sonunda ayaq üstə keçirdiyiniz vaxt sizin ömrünüzü uzanması deməkdir.”-M.Öz
Recent Comments