Nar şirəsinin üstündəki 100% i görüb adətim üzrə etikete baxdım.
Məhsul nar konsentratindan bərpa olunmuşdur, tərkibində şəkər siropu, limon turshusu var. Bəs yaxşı 100 % olan nədir?
Sirr deyil ki, dünyanın bir çox yerində istesalçılar istehlakçıları nə yolla olursa olsun çaşdırıb mallarını satmağa istəyirlər. Bu işdə elə bilirəm amerikanlıların kreativliyinə çatan olmaz. Qutunun ustunə 6 sup qutusu yazıb üstunə eyni qutunun 4 boyüdülmüş şəklini vuran istehsalçıların kreativliyi səni heyran etməyə bilmir. Almanın, kartofun üstünə fat free (yağsız) yazıb reklam edəndə isə səni axmaq yerinə qoyduqlarlnı zənn edirsən.
Düzdür, Azərbaycan Respublikaslnln Reklam haqqinda qanunda 6-cı maddəsində, reklama ümumi tələblər hissəsində deyilir ki “Bazar subyektlərinin, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir." Amma görünür ki bu qanun bir o qədər effektiv deyil.
Məsələn, mağazanın kəsmik şöbəsində yağlılığı 0.3% dən 11% dək, yəni yağlılığına görə bir birindən 36 dəfəyədək fərqli olan pəhriz və ya dietik kəsmiklər satılır.
Kəsmiklə bağlı standartları araşdıranda məlum oldu ki istehsalçını bir o qədər də qınamaq olmaz çunki kəsmiklə bağlı AZS 089-2003 standartinda qeyd olunur ki pəhriz kəsmiyində yağın kütlə payı “konkret adda kəsmik üçün təsdiq olunmuş texnıloji sənəddə müəyyən edilir.” Bir sözlə hər şey buraxılır istehsalçının öz ixtiyarına. Həmin standarta görə yarım yağlı kəsmik 9% yağlı olmalıdır. Bəs onda 11 % li Mpro kəsmiyi necə “Dietik Yüngül” olur? http://www.mpro.az/mehsuldetay.html?id=5
Bir tərəfdən bu müsbət bir tendesiyadır ki, istehsalçılar müştərilərin pəhriz, "dietik" məhsullara artan marağını başa düşüb bundan reklam məqsədi ilə istifadə edirlər. Amma standartlarda olan qeyri müəyyənliklər, boşluqlar və xüsusilə də standardların və qanunların həyata keçirilməsinə zəif nəzarət əhalinin sağlam ərzaq məhsullarını seçə bilməsinə əngəl yaradır.
Hərçənd ki, yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunda göstərilir ki, "Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan, yeyinti məhsuluna «müalicəvi», «pəhriz», «ekoloji təmiz» və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir." Amma yuxarıda adı çəkilən 11 % yağlılığı olan kəsmik 7-8 ildən çoxdur ki "dietik" etiketlə satışdadır. Vaxtilə özüm bu kəsmiyin daimi müştərilərisi olmuşam.
Yediyimiz qidanın sağlamlığımıza təsiri bəllidir. Bu gun, dünyanının bir çox qabaqcıl ölkələrində etiketlərə insan saglamlığına təsir edən maddələr haqqlnda daha müfəssəl məlumat verilməsi tələb olunur. Bu ölkələrdə trans yağlara məhdudiyyətlər qoyulduğu vaxtda Asərbaycanda satılan ərzağın əksəriyyətinin üzərində bu haqda məlumatln olmaması təəsüf doğurur çunki tərkibində xolesterin olan heyvani mənşəli doymush yağlar və xüsusilə də bitkilərdən hidrogenləşmə yolu ilə alınan trans yaglar ürək-damar xəstəliklərinə səbəb olan əsas amillərdən sayılır. http://www.heart.org/HEARTORG/GettingHealthy/FatsAndOils/Fats101/Saturated-Fats_UCM_301110_Article.jsp#.Tut77rI_fUA Nəzərə alsaq ki ölkəmisdə son illərdə ölənlərin 60 %-i (2010-da 32554 nəfər) urək-qan damar xəstəliklərindən vəfat etmişlər bu problemin ölkəmiz üçün aktuallığı daha aydın nəzərə çarpar.
Bu gün Azərbaycanda satışda olan onlarla yerli və xarici şirniyyat növlərinin üstündə onların bitki yağından, və ya xususi tərkibli yağdan (jir specialnoqo naznacheniya) hazirlandiğı iddia olunsa da bu yağların mənşəyi və emalı haqqında məlumat verilmir. Mağazalarda müşahidə etdiyim 50 şirniyyat məhsulundan yalnız “Ülker” firmasının məhsullarının üzərində yağların ümumi miqdarı ilə yanaşı doymuş və trans yağlar haqqında da məlumat vardı. Hərçənd ki, bir çox inkşaf etmiş etmış ölkıələrdə məhsulların tərkibindəki xolestirinin miqdarının da etiketdə göstərilməsi tələb olunur. Danimarka isə umumilikdə trans yağların istifadəsinə qadağa qoymuşdur. http://www.msnbc.msn.com/id/15307763/ns/health-diet_and_nutrition/t/denmark-lower-trans-fat-or-go-jail/#.Tut97bI_fUA
İnkşaf etmiş ölkələrdə ərzağın etiketində onun tərkibinin göstərilməsi ilə bağlı tələblərinin qoyulmasında əhalinin sağlamlığına üçün narahat olan bir sıra nüfuzlu qeyri hökumət təşkilatlarının, alimlərin, universitetlərin böyük rolu var. Bu cür təşkilatlar əhalinin maarifləndirilməsi və onun sağlamlığına xidmət edən qanunların qəbul olunması istiqamətində dayanmadan iş gorürlər. http://www.heart.org/idc/groups/heart-public/@wcm/@global/documents/downloadable/ucm_305572.pdf
Azərbaycanda bu sahədə çalışan mütəxəsislərin, qeyri hökumət təşkilatıarının və ən əsas da biz, istehlakçıların, görəcəyi çox iş var. Ona qədər etiketlerə diqqətlə baxın, sizi çaşdırmaq istəyən həmişə var. Özü də o, uzaqda deyil.
Chox maraqlı ve vacib meqaledi, hal hazirda dogurdanda bazarda bu cur hallara nezaret chox zeyifdi ve movcud standartlarda boshluqları tam duzqunlukle qeyd etmisiniz.
Posted by: Shahmar Mirzametov | 12/19/2011 at 02:07 AM