Mən kənddə yaşayıram. Nərimanov kəndində. Anam yolun o biri tayında yaşayır, qardaşım onunla üzbəüz, bacım bizdən iki tin aşağidadır, bibim qızı onunla üzbəüz olur, xalam, xalamın qızı, oğlanları hamısı eyni binada bizdən 10 dəqıqəlik piyada yolda yaşayırlar. Bibim? Yox, o uzaqda olur, kəndin lap axırında, onlara getmək üçün gərək avtobusla düz 10 dəqiqə yol gedəsən.
Kəndimız 25 il əvvəl bizim ailə bura köçməsi ilə başlayıb. 20 illik növbədən sonra bizə Nərimanovda ev verəndə elə bildik ki başqa bir məkana düşdük çünki ondan əvvəl ermənikənddə daha kichik bir kəndimiz vardı. Biz bura köçəndən sonra ev almaq istəyən qohumlarımıza, dostlarımıza elə bizim yanımızdan ev almaği məsləhət görmüşük, onlara ev tapmaqda, evlərini təmir etməkdə kömək etmişik (anam və bacim!). Yaxın dosltarı, qohumları özümüzə daha yaxın etmişik. Saymişam indi kəndimizdə 30 dan çox adam yaşayır.
Kənddə yasamaq komunal evdə yashamaq kimi bir şeydir. Hamı həmişə bir birindən xəbərdardir. Burda birinin ishi olanda kəndin camaati yığışır hərə bir tərəfdən kömək edir. Biri evində çatdırib yemək bişirə bilməyəndə qonşuya keçir, (bu çox vaxt anamgil olur), anamgildə uşaqlar çox səs küy salanda onları bizə ya bacim gilə göndərirlər, xalam hamiya mürəbbə bishirir, bacim kəndə pulsuz həkimlik edir.
Evə bazarliq lazım olanda atam deyir get Tünzaləden filan filan şeyləri al. Əvvəl elə bilirdim Tünzalə mağazanin adıdır sonra bilmişəm ki bu mağazada işləyən çox mehriban gənc xanımın adıymış. Atam o gün deyir “Tünzalə də ta krasavisa olmaq istəyir.” Soruşuram “Necə?”. “Burnunu operasiya elətdirib.” Kəndimizə subay qız, oğlan gələndə fikirleshirik görən onu kiminlə tanış edək.
O gün axşam qaranlıqda evə telesirəm, qonaqlarım gələcəkdi. Yolu keçənde tıxacda olan qardaşım maşından “ Naila” çağirir. Mən yolu keçə-keçə : Pizza bişirirəm, uşaqları götur bizə gəl” deyib yürüməyimə davam edirəm. O da dalimca” Yaxshi” deyir.
Bir iş pisdir ki, başımız arada söhbətə o qədər qarışır ki bir də görürsən iş güc tökülüb qaldı. Evə gedəndə fikirləşirsən ki gedim yol üstü atama, anama dəyim, tez çixaram. Elə yenicə oturursan ki bir də gördün xalan gəldi, dalınca qardaşının qızları, bacın gəlir, çay qazın üstunde yavaş yavaş qaynayır süfrədə mürəbbə, ortada şirin söhbət indi gəl çix get burdan görum necə gedirsən. Əlbəttə, bir birinin işinə qarışan da olur, atam da anama atmaca atır, anam da həmişə cırnayır. Bunlarsız da kənd də kənd olmur.
Kəndimiz mənə Roseto möcüzəsini xatırladır. Malcolm Gladwellin məhşur Outlier kitabında Roseto Möcüzəsindən danışır. http://www.washingtonpost.com/wp-srv/style/longterm/books/chap1/outliers.htm Möcüzə ondan ibarətdir ki 1960cı illərdə yerli həkimlər müşahidə edirlər ki Pensilvaniyanin şərqində yerləşən əslən italyan emiqrantlarından ibarət olan Roseto kendindinin əhalisi qonşu şəhərlərin sakinlərindən fərgli olaraq 65 yaşına kimi ürək xəstəlikllərindən şikayət etmir. Bu fenomeni öyrənmək üçün kəndə tədqiqatçılar qrupu gəlir və uzun müddət burda tədqiqat aparır. Məlum olur ki, Rosetoda 55 yaşına qədər əhalidə heç bir ürək problemləri yoxdur. 65 yaşından yuxarı ölən kişilərin arasında ürək xəstəliyindən ölənlərin sayı ümimi Amerika göstəricisindən təqribən 50% aşağıdır. Ümimiyyətlə, bütün xəstəliklərdən ölənlərin sayı ümümi gəstəricilərdən 30-35% aşağıdır. Burda nə özünü öldürən vardı, nə alkoqolik nə də narkoman. Adamlar sadəcə qocalıb ölürdülər.
Əvvəlcə alimlər fikirləşirlər ki, səbəb Rosetolıların diyetasındadır amma məlum olur ki, Rosetolılar yeməklərini donuz piyində bişirir, yedikləri şirniyyat, yağlı yeməklər isə sağlam diyetadan xəbər vermirdi. Rosetonun camaatı çoxlu siqaret çəkir, nə idman, nə yoqa edirdi.
Sonra alimlər fikirləşilər ki, bəlkə Rosetonun yerləşdiyi yerdə nə isə xüsusi bir şey var. Amma məlum olur ki, oxşar coğrafi ərazidə məskunlaşmış 2 qonşu kənddə adamların ürək xəstəliklərindən ölümü təqribən 3 dəfə artiqdir.
Onda alimlər düşünürlər ki bəlkə bu genetika ilə bağlıdır. Rosetoluların Amerikanın başqa yerlərində yaşayan qohumları üzərində aparılan tədqiqat göstərir ki genetikanın da burda elə bir rolu yoxdur. Sirr nə diyetada, nə idmanda, nə genetikada nə də Rosetonin yerləşdiyi yerdə idi. Deməli, sirr Rosetonun özündədir.
Tədqiqatçilar Rosetolıların bir biri ilə söhbət etməklərini, ailələrin 3 nəslinin bir damın altında yaşamağını, ailələrin bir yerdə yemək süfrəsi ətrafında toplaşmasını müşahidə edirlər və məlum olur ki, Roseto sakinləri özləri üçün ailə dəyərlərinə dayanan mehriban bir mühit yaradıb özlərini dünyanın mənfi təsirlərindən, stressdən təcrid ediblər. Onların sağlamlığının sirri də elə bundadır.
Bizim kənd camaatının sağlamlığını Resotodakılarla müqayisə edə bilmərəm amma kəndimizdəki, münasibətlər, abı hava burda barışığın, xeyirxahlığın hökm sürdüyü bir icma yaradıb. Gündəlik hiss olunmasa da qohumlardan, dostllardan hamımıza müsbət enerji düşdüyünü dəqiq bilirəm. Enerji də elə şeydir ki bir yerdə qalmır başqalarını da yükləyir.
Şənbə axşamıdır, atam zəng edir: “Savax səhər yəməyinə saat 7 də gələ biləjəksənmmi?”
Recent Comments