Teksiniz? Elə iki nefer? Sizi kimsə qarshilayacaq? Kimin yanina gedirsiniz? “Yenə yanınızda bir kishi xeylagı olsaydı asan olardı” “Nə əcəb Bakının valideynləri sizi tək buraxıb? (Bu suala “Mən özüm valideynəm” dedim). Bunlar 1 həftəlik Azərbaycanın Milli Parklarına səyahətimiz zamanı bizə hər gün verilən suallar idi. Bu sualları eşitməyəndə təəcülənirdim, sevinirdim.
İki qadının təkcə, müşayətsiz səyahəti etməsi bəzilərində təəcüb, o birilərində şübhə xüsusilə də Altıağac Milli parkın ərazisində, bəzilərində sadəcə maraq, bəzilərində heyrət doğururdu.
Səfər boyu ictimai nəqliyyatdan, xüsusilə taksilərdən tez tez istifadə etdiyimizdən yerli adamlarla tez tez ünsiyyətdə olmaq imkanı olmaq imkanımız olurdu. Bunun özü çox maraqlı idi amma söhbətlərimiz çox vaxt səyahətimizin məqsədindən sonra bizim ailə durumumuz haqqında suallardan gəlib keçirdi. Səfərin ortalarında artıq sual verilməsini gözləmirdim, yeri düşdü, düşmədi özüm elə söhbət başlayan kimi deyirdim“ Mən evliyəm, 2 oğlum var, biri 24 yaşında, biri 19 yaşında”. Bəziləri inanardı, bəziləri yox. Çoxunu maraqlandıran əsas sual isə rəfiqəmin nə üçün subay olması idi. “Bəyəndiyinə hələ rast gəməyib”cavabı bilmədim onları qane edirdi ya yox.
Hər gün müxtəlif yol yoldaşlarına rast gəlirdik əksəri xeyirxah, bəziləri həm də alicənab, bəziləri üzlü. Etirazımıza baxmayaraq bizi səyahətdə müşayət etməyi, maraqlı yerləri göstərməyi təkidlə təklif edənlər oldu. Amma belələri yaxşı ki çox az idi.
Başqa ölkələrdə tək və ya rəfiqələrimlə sərbəst səyahət etməyə alışdığımdan rəfiqəmlə səyahətimizin belə maraq, şübhə bu qədər sual doğuracagını təssəvür etmirdim. Bəlkə bu ondandır ki Azərbaycan qadınları ölkəni səyahətə təkbaşına çıxmırlar, Bəlkə məcara axtarmaq xüsusilə öz ölkəsində bizim xalqa məxsus bir şey deyil? Amma inanmıram ki iki kişinin və ya oğlanın səyahəti bu qədər sorğu suala səbəb olardı.
Cənubda Astaradan başlayıb şimalda Qusarda bitən səfərimiz məcərlarla dolu idi, füsunkar yerlər gördük, xeyirxah insanlarla rastlaşdıq, ölkəmizi yenidən kəşf etdik, onun Milli Parklarını tanıdıq. Çox vaxt növbəti gecəni harda keçirəcəyimizi, harda və nə yeyecəyimizi bilmirdik. Bunun özu, yəni hər gün yeniliklə, qeyri müəyynliklə üzləşməyimiz özü səyahətimizə bir ayrı kef qatırdı.
Məcəra axtarmaq üçün çox uzağa getmık lazım deyil yetər ki, istənilən istiqamətdə gecə qatarına bir bilet alın. Elə hər şey elə ordan başlayacaq. Yayı gözləməyin. Vətənimizin ilin hər fəslində gözəl olan yerləri var. Bir həftə sonunda o qədər maraqlı yer görmək olar!
Xanımlar, rəfiqələrinizlə, bacinizla, ananızla tək səyahətə çıxmaqdan qorxmayın. Bizləri ölkə içində səyahətdə nə qədər tez tez görsələr öyrəşərlər, bu bir o qədər də təəcüb doğurmaz, sorğu sual da azalar. Əminəm ki, sizi gözləyən məcəralar unudulmaz xatirələrə çeviriləcək.
p.s. Narın yağış yağır, sakit, bir az soyuq sentyabr səhəri. Qusarın Xuray kəndində avtobusdan düşüb uzaqdan vurulduğumuz bu mənzərəli dağ kəndini gəzirik. Rəfiqəm: “İndi bir babuşka ola, cıxa çölə bizi bliniyə dəvət edə.” Mən: “Yanında da balı, sən arzula мечтать не вредно”. Bir az qabağa gedirik saman tayasının yanında bir iki şəkil çəkirik. 10-15 addım da aşağı düşürük. Başı şallı, yaşlı bir xanım qapısının ağzında durub “Ay bala, burda neyniyürsüz” soruşur. Onunla bir iki dəqiqə söhbətdən sonra: “Gəlin içəri, soyuğdur, bir stəkan çay içün”. Içəri keçirik. Yuxarıda xanımın oğlu və gəlini ilə tanış oluruq. Süfrəyə çay, yüz ildir yemədiyim amma hemişə dadı damağımda olan nənəmin fəsəlisindən, şor qoğal, 2 cür mürəbbə, çay, özlərinin hazırladığı yağ, pendir gətirirlər. Ən əsası da bu mehriban ləzgi ailəsi bizi şirin bir söhbət dəvət edir. Onların evindən çıxanda fikirləşirik ki bu yer arzuların yerinə yetdiyi xüsusi bir yerdir.
hər şey çox maraglidi artik menim işimde hami milli parklarin 8 lduğunu bilir
Posted by: Nargiz Karimova | 10/05/2011 at 12:16 PM