Bu səhər stadiona birinci dəfə idi ki maşınla gedirdik. Saat təqribən 7 olardı. İçəri maşın yolunu tanımadığımızdan Ramstorun qabağından dönüb böyürdə, dəmir darvazanın qabağında saxladıq. Darvazadan içəri keçəndə gördük ki, başı yaylıqlı bir yaşlı qadın o terəfə bu tərəfə yüyürür, qişqırır ki, “Ay Allah, burda bir adam yoxdur mənə kömək edə, nə olar mənə su verin, mənə su verin. Bunlar nece adamdirlar?” Əvvəl elə bildim ki, kiminsə halı xarab olub ona su lazımdır. Soruşdum: “Ay xala, nə olub?” Qadın: “Orda zibili yandırmışam yanındakı ağac da od tutub yanır. Ağac yansa məni işdən çıxardacaqlar.” Dönüb darvazadan bayıra baxanda gördüm ki, maşın yolunun o biri tayında hündür bir şam ağacı alovlanıb yanır. “Tez yangin söndürənə zəng etmək lazımdır. İndi o biri agaclar da od tutacaq.” dedim. Deyesen heç kes o hayda deyildi.
Ora bura baxdiq girişin muhafize otağında içməli su balonları vardı. Onları gotürüb küçənin o biri tayına keçdik. Oglum bir də hansisa idarədən gələn keşikçilər balonlardakı suyu vedrəyə boşaldib üzü yuxarı, agacın başına tulladılar. Balonların suyu qurtardi amma yanğın kəsmədi. Kimse "Pojarnı çağırın." dedi. Qadin: "Yox, yox çağırmayın, ay bala. Məni aparacaqlar, aparacaqlar məni".
Yolu keçib yenə stadionun həyətinə qayıtdıq. Bu dəfə palçıqlı plastik bir vedrə tapib onu şlanqla doldurum. Darvazadan çıxıb əlimdə vedrə yolun o biri tayina keçdim. Oğlum da hardansa balonları su ilə doldurub gəldi. Başqaları da vedrədə su gətirmişdilər. Suyu yenə ağacın başına vedrə ilə tulladılar, Axır ki, lap balaca tüstü ocaqları da söndü.
Yaxşı ki, bu səhər o qadını “aparan” olmadı. Amma kim deyə bilər ki, belə bir yanğın bir də baş verməyəcək?
Recent Comments