Qatar stansiyadan təzəcə aralanmışdı fikirləşdim ki, yatmamışdan qabaq ayaqyoluna gedim. Qatar keçidindəki qapıya çatanda qaranlıqda üzünü görmədiyim bir qadın səsi:
" Ay xanım, hara gedirsiniz?" dedi.
Mən: "Ayaqyoluna."
Qadın səsi: "Olmaz, ayaqyolu Biləcəriyə qədər bağlıdır."
Ürəyimdə: "Nə kobuddur e bu. Bunlar onsuz da düzələn deyil. " fikirləşib kupemə döndüm.
Zaqatalaya, əməyin təhlükəsizliyi, sağlamlıq və sosial dialoqla baglı işgüzar səfərə gedirdim. Qatarda başqa sərnişin yox idi. Bir az kitab oxudum. Qonşu kupedə bələdçilər uca səslə nəisə müzakirə edirdilər. Ara sıra eşidilən danişiqlarindan hiss olunurdu ki nədənsə çox narazıdırlar. Biri o birisinə: "O mənə bunu edə bilməz, çunki mən hər şeyi bilirəm. O kimdir axi? Mən ona göstərərəm." Onların səs küyü altında yuxuya getdim.

Səhər bələdçilərin kupesinə gedib Zaqatalaya nə vaxt çatacagımızı soruşanda : "Dunən də tez yatdın heç sənnən bir danışa bilmədik". Məni dünən vaqonun qapısında qarşılayıb biletimi yoxlayan bələdçi, Rəna (adlar deyişdirilib) xanım bu gün mehriban idi. Digər yaşlı bələdçi, Hökumə xanim: "Dünən o baş bələdçi səninlə o nə cür idi danışırdı? Onun sərnişinlə elə kobud danışmağa ixtiyarı yoxdur. Sən qadın xeylagısan bəlkə başqa bir işin var idi ya əlini yumaq istəyirdin" dedi.
Məlum oldu ki, bu Hökümə xanımın Baki-Balakən yolunda birinci reysi imiş. Buna qədər Hökümə xanım Bakı-Moskva xəttində bələdçi işləyib. Dedi ki, Rusiya Azərbaycan qatarlarını standartlara cavab vermədiyinə görə öz ğlkəsinə buraxmadığından 300 dan çox dəmir yol işçisi işsiz qalıb, vagonların yeniləşdirilməsini gözləyir. Amma müdiriyyət Hökümə xanım yaxşi tanıdıgından ona zəng edib hələlik Bakı- Balakən yolunda işləməyi təklif edib ki məvacib ala bilsin.
Uzun uzadı qatar rəisi-baş bələdçinin dunənki kobud rəftarını muzakirə edəndən sonra Hökümə xanım dedi ki mən reyesterə qatar rəisi haqda şikayət yazmalıyam. Düzü şikayət etmək planımda olmasa da fikirləşdim ki kobudluq olub. Bilmirəm bəlkə də bu qadınların tezyiqindən onlara yox deməyə üzüm gəlmədi. Nə isə razilaşdim.
Hökümə xanım:” Onun familyası nədir? Rəna xanım: Bilmirəm, qoy baxım formanı doldurub orda yəgin adı var." Rəna xanim hansısa sənədi göstərib: "Boynunu yerə soxum , bunun xəttinə bax, gör nə gündə yazıb" dedi. (xətt də heç də pis deyildi, hər halda mənimkindən çox yaxşı) Hökümə xanım Rəna xanıma: Sən get reyestr kitabınə gətir, qoy yazsın" .
Kupemə qayıtdım. Bələdçi konfetlə çay gətirdi, pulunu da götürmək istəmirdi amma bayaq demişdilər ki, vaqon bələdçisi işləmək istəyirsənsə gərək çayın suyundan, kömürdən tutmuş vaqonun yuyulmasina qədər hər şeyin pulunu özün verəsən. Vaqonda məndən başqa sərnişin yox idi çünki qatara əlavə SV vaqon qoşmuşdular deyə sərnişinlərin əksəri orda idi. Müştərilərin olmaması dəyəsən gərginliyin əsas səbəbi idi.

Bir az keçmiş gənc bir xanım kupeyə gəlib, yanımda oturdu. "Salam, xanım. Siz reyestr kitabını istəmişdiniz, nədən narazısınız" Mən ona dunənki davranişını, tonunu xatırlatdım. Qatar rəisi ayaqyolundan istifadə qaydalarından, təlimatlardan, qatar rəisleinin çətin işindən, dəmiryolundakı işin təhlükələrindən, biletsiz sərnişinlərdən uzun uzadı danişdı. Dünən yoxlama zamanı ona reyesterde artıq 3 dənə iradın tutlduğunu dedi və dunənki reftarına görə üzr istədi. Onun halına yandım. Bütün vaxtı Rəna xanım qapıda durub söhbətimizi izləyirdi.
Söhbətin ortasında Hökümə xanım ayaqyolundan gelib mənim kupemin qabağından keçəndə heç nə olmamış kimi başını arxaya doğru, dik tutub: "Burda nə bash verir? Nə məsələdir?" sorushdu. Biz məsələni ona "başa saldıq". O, qatar rəisinə: Sənin ixtiyarın yox idi sərnişinlə elə kobud danişmağa. O qadın xeylağıdır, bəlkə əlini yumaq istəyir, ya başqa işi var. Sənin ümumiyyətlə sərnişinlə danışmaga ixtiyarın yoxdur. Sən ancaq bələdçi ilə danışa bilərsən, sözünü də ona deməlisən." Söhbət qızışdı o buna, bu ona. Axırda dedim ki, "Yaxşı, şikayət yazmıram, kitabı gətirin qatarın bələdçiləri haqda rəy yazacam." Qatar rəisi narazı halda kupeni tərk etdi.
O gedən kimi Rəna xanimla, Hökümə xanım yenidən kupemə gəldilər. "Bəs niyə yazmadın ondan?" Mən: " Nə bilim cavandır. Hamımız cavan olmuşuq, səhvimiz olub. Insanları əhv etmək lazımdır". Rəna xanım: "Hmm, ürəyi yumşaqdır də" deyib başlını buladı.
Bir az keçmiş Hökümə xanım yenə kupemə gəldi. "O, reyesteri vermir. Sən gəl ondan ərizə yaz ki reyesteri sənə vermədi. Mən onun müdirinə zəng elədim deyir ki ərize yazsın. Bir də sənin telefonunu istəyirdi ki birdən bir sözü olsa zəng edib səndən soruşsun. Zəng eləsə de ki mən ayaq yoluna əlimi yumağa gedirdim qatar rəisi mənimlə kobud davrandı." O əlində balaca dama-dama vərəq və qələm gətirmişdi. Fakt o idi ki, reyestr gəlmədi. Vaqon yırğalanıb yazmaga mane olsa da çalişırdım ki yaxşı xəttlə yazım ki sonra mənim də yazıma baxıb rişxənd etməsinlər. Ərizəni götürüb getdi.
Baş verənləri anlamaq üçün bələdçilərin kupesinə getdim. "Sizin əvvəldən qatar rəisi ilə nə isə probleminiz vardı?" Hökümə xanım: " Yox, heç bir problemimiz olmayib. Onlar təzə geliblər dəmiryoluna, heç nədən başları çixmir mən isə 36 ildir burda işləyirəm. Mən hər bir qanunu qaydanı bilirəm onlar isə heç nə bilmirler hamisi tanişliqla gəlibler bura, onlar özlərini aparmagı bacarmırlar".
Nisbətən cavan Rəna xanım da Hökümə xanım deyənləri tesdiqləyir, onun hər şeyi bildiyini təkrar edirdi. Sonra söhbət dəmiryolunda olan rüşvətxorluqdan, haqqsızlıqlardan getdi. Nazik döşəyın ucunu qaldırıb: “Buna bax, bu nə döşəkdir, bu nə poduşkadir" deyib parlon balıncı əlinə aldı. Dövlət bunlarin yaxşısından vermişdi hamısını rəis öz dükanına qoyub satdırdı. Bunları da öz dukanından onlarin yerinə gətirib. ” Sonra o yeni qataralara ayrılan amma nazirliyin rəhbərliyi tərəfindən mənimsənilən milyonlardan, nazirin oğlunun ağ ayı əti yeməsindən, işçilərə qarşı olan haqsızlıqlardan, ən əsas da aşağı (180-260 manat) maaşdan xeyli danışdı.
Mən :“Bəs həmkarlar ittifaqı yoxdur? Onlar nə deyir?"
Hökümə xanım: “Onlar da müdiriyyət deyəni deyir. Öz adamlarıdır.”
Kupemə gedib çantamdan sosial məsələlərə, həmkarlar təşkilatlarına aid bukletleri getirdim. Sosial məsələlərin müxtəlif aspektlerindən bəhs edən bu açiqcaları mənə bir GHT-də vermişdilər. Bələdçilər bukletləri bir bir açıb baxdılar, hərəsindən bir neçə nüsxə istədilər. Hökümə xanım Rəna xanıma:
"Götür, o biri beledçilərə də verərsən qoy heç olmaya oxusunlar dünyadan xəbərləri olsun. Müdiriyyət məni yaxşı tanıyır. Bilirlər ki mən qanunları, tələbləri yaxşı bilirəm. Camaat da mənə inanır. Hami bilir ki məndə yalan yoxdur. (!) Rusiyaya yollar bağlanib 300 dən çox adam işsiz qalanda işçilər mənə zəng elədilər ki onların huquqlarını mudafiə eləyim amma mən müdirin xətrindən keçə bilmirəm, ona görə razi olmadım."
Mən: "Deməli, siz bir nəfər müdirə görə işsiz, pulsuz qalmiş yüzlərlə adamın tərəfini tutmursunuz?" O, fikirləşdi, heç nə demədi. Əlidəki bukletleri sayladı.
Mən: "Açıqcaları yayın, adamlar huquqlarını bilsinlər bəlkə onda onlar öz haqqlarını tələb edərlər."
Zaqatalaya tez çatmaq üçün Rəna xanım dedi ki “Bir dayanacaq əvvəl düş, taksiyə min. Taksidən qiymət zad soruşma, elə duşəndə 3 manat ver".
Oteldə telefonuma tanımadıgım zəng gəldi. Rəna xanım idi. "Dedim görüm Zaqatalaya necə gedib çıxdınız."
Recent Comments